Xəzər Xəbər

Adını bəyənməyənlərin sayı artır - 2967 nəfər müraciət edib - VİDEO

Veb TV | 20:44 • 19 Aprel 2017
Adını bəyənməyənlərin sayı artır -

Azərbaycanda adını və soyadını dəyişmək üçün müraciət edənlərin sayı ildən ilə artır.

Xezerxeber.az məlumat verir ki, adını və soyadını dəyişmək üçün 2015-ci ildə 2314, 2016 ci ildə isə 2967 nəfər müraciət edib.

Adın normal səslənməməsi, çətin tələffüz edilməsi, milliyyətə, cinsə uyğun gəlməməsi, mənası və sair səbəblər insanların dəyişmək qərarına səbəb olur.

Ədliyyə Nazirliyinin məlumatına görə, 2016-cı il ərzində daha çox 21-30 yaş arası şəxslər adın, soyadın və ata adının dəyişdirilməsi üçün müraciət ediblər.

Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra icazə verilir. Bunun da prosedur qaydaları var.

Onu da deyək ki, adın dəyişdirilməsi əvvəlki аdlа əldə оlunmuş hüquq və vəzifələrə хitаm vеrmir və yа bunlаrı dəyişdirmir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar