Xəzər Xəbər

Turizm şirkətlərinə nəzarət xidməti yaradılır - Təklif hazırlanıb - VİDEO

Veb TV | 20:42 • 19 Aprel 2017
Turizm şirkətlərinə nəzarət xidməti yaradılır -

Turizm sahəsində şəffaflığı və göstərilən xidmətin keyfiyyətini artırmaq üçün yeni təklif hazırlanıb.

Xezerxeber.az məlumat verir ki, Mədəniyyət və Turizm Nazirliyi ölkədə turizm fəaliyyəti üçün lisenziyanın verilməsi ləğv edildikdən sonra turizm şirkətləri və hotellərə nəzarət etmək üçün yeni təklif irəli sürüb. Belə ki, son zamanlar turizm şirkətlərinin sayı durmadan artır və bu da həmin sahəyə nəzarət etməyi çətinləşdirir. Buna görə də bu nəzarəti Dövlət Turizm Reyestri yaratmaqla təmin etmək olar.

Şöbə müdirinin sölərinə görə, əgər yeni xidmət yaradılarsa, bu, həm yerli, həm də xarici turistlərə bir sıra imkanlar verəcək. Əsasən də turizm sahəsində baş verən dələduzluq və aldatma hallarının qarşısı bu yolla alına bilər.

Qeyd edək ki, turizm reyestr xidməti heç bir icazə sənədi və lisenziya funksiyasını yerinə yetirmir. Sadəcə olaraq turizm müəssisələrinin fəaliyyətinə nəzarət etmək üçün bir mexanizmdir.

Artıq bir necə gündən sonra turizm reyster portalı istifadəyə veriləcək. Bu portal da insanlara turizm sahəsindəki yenilikləri ilə xidmət göstərəcək.

Portal müxtəlif dillərdə fəaliyyət göstərəcək və Azərbaycan turizm bazarında mühim rol oynacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar