Xəzər Xəbər

Tovuzdan olan bu azyaşlı qız axtarılır... VİDEO

Veb TV | 21:16 • 20 May 2023
Tovuzdan olan bu azyaşlı qız axtarılır...

Xezerxeber.az xəbər verir ki, rayonun Aşağı Quşçu  kənd sakini 13 yaşlı Əfsanə Tağıyeva may ayının 18-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Əfsanənin bir bacı və bir qardaşı var. O evin birinci övladıdır.

Valideynləri bildirir ki, Əfsanə müxtəlif sosial şəbəkələrin aktiv istifadəçisi olub. Onları narahat edən əsas məqamlardan biri də məhz budur...

Əfsanə itkin düşən gündən onun valideynləri Daxili İşlər Nazirliyinin "102" qaynar xəttinə və rayon polis şöbəsinə də məlumat veriblər.

Hazırda fakt üzrə Tovuz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti