Xəzər Xəbər

Bölgələrdə baş verən qəzalar "can almaq"da davam edir VİDEO

Veb TV | 21:20 • 20 May 2023
Bölgələrdə baş verən qəzalar "can almaq"da davam edir

Bölgələrdə ağır qəzalar baş verib. Belə ki, ölümlə nəticələnən yol nəqliyyat hadisəsi Lənkəranda baş verib.

Hadisə gecə saatlarında rayonun Sütəmurdov kəndi ərazisində baş verib. Belə ki, 37 yaşlı Nahid Talıbovun idarə etdiyi avtomobil başqa bir maşınla toqquşub. Qəzadan sonra avtomobillərdən biri yoldan çıxaraq elektrik dirəyinə çırpılıb.

Qəza nəticəsində avtomillərdən birinin sürücüsü hadisə yerində ölüb. Avtomobildə olan qadın sərnişin 39 yaşlı Ülviyyə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıb. Həkimlər xəstənin vəziyyətinin ağır olduğunu bildirirlər.

Goranboyda isə  64 yaşlı kişini avtomobil vurub. Hadisə Goranboy-Tərtər yolunun rayonun Qızılhacılı qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. 1959-cu il təvəllüdlü Şahin Qasımovu avtomobil vurub və ağır bədən xəsarətləri alan yaşlı kişi dünyasını dəyişib.

Qəbələdə isə  62 yaşlı piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Axşam saatlarında Qəbələ rayon mərkəzinin ərazisində Firdovsi Əmiraslanov idarə etdiyi avtomobillə yolu keçən piyada, 1961-ci il təvəllüdlü şəhər sakini Yaşar Məmmədovu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşləşdirilib və göstərilən tibbi yardımlara baxmayaraq hadisə yerində vəfat edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti