Xəzər Xəbər

Bayramda qurban kəsmək istəyənlər nəzərinə - Yerlər açıqlandı VİDEO

Veb TV | 19:53 • 2 İyul 2022
Bayramda qurban kəsmək istəyənlər nəzərinə - Yerlər açıqlandı

İyulun 9 və 10-da ölkəmizdə qurban bayramı qeyd olunacaq. Və təbii ki, qurbanlıqlar satışa çıxarılacaq, kəsiləcək və ehtiyacı olanlara paylanacaq. Qida Təhlükəsizliyi Agentliyi artıq kəsim məntəqələrinin yerlərini müəyyən edib. Bu məqsədlə 134 belə ünvan ayrılıb.

Qurbanlıq heyvanların satış və kəsim yerləri açıqlanıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib ki, həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq.

Səyyar heyvan kəsimi çadırları və bu çadırlarda baytarlıq nəzarəti xidmətləri bütün regionları əhatə edəcək.

Qeyd edək ki, vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün sadalanan xidmətlərdən yararlana bilərlər. Ölkə üzrə qurbanlıq heyvanların satışı və kəsimi yerləri barədə məlumatları qida təhlükəsizlik agentliyinin rəsmi saytına daxil olaraq əldə etmək mümkündür.

 

 

Xəbər lenti