Xəzər Xəbər

Azərbaycanda DƏHŞƏTLİ QƏZADA bir ailə MƏHV OLDU VİDEO

Veb TV | 20:23 • 2 İyul 2022
Azərbaycanda DƏHŞƏTLİ QƏZADA bir ailə MƏHV OLDU

Göygöldə yük və minik avtomobilləri toqquşub. Nəticədə biri uşaq olmaqla, 6 nəfər ölüb. Ölənlərdən 3-ü bir ailənin üzvləridir, digərləri isə qohumdur. Oğuz rayonunda isə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bir ailənin 3 üzvü dəhşətli qəzada dünyasını dəyişdi. Göygöl rayonunda 6 nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Samux rayon sakini, 25 yaşlı Orxan Hümbətov idarə etdiyi minik maşını ilə rayon istiqamətindən magistral yola çıxan zaman Nərbala Bayramovun  idarə etdiyi yük maşını ilə toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü, 25 yaşlı Orxan Hümbətov, onun həyat yoldaşı 26 yaşlı Sona Hümbətova, onların 2 yaşlı övladları İbrahim Hümbətov, qohumları - 13 yaşlı Aylin Yusibova və Fidan Neymətli hadisə yerində ölüblər. 21 yaşlı Elsəvər Şahməmmədov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilb. Həkimlərin səylərinə baxmayaraq, Elsəvər Şahməmmədov xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

Oğuz rayonunda isə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün saat 12 radələrində Xalxal kəndi ərazisində baş verib.  Avtomobil yolu keçmək istəyən kənd sakini 58 yaşlı Əlavər Lətifovu vurub. O, xəsarət alaraq xəstəxanaya yerləşdirilsə də, orada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti