Xəzər Xəbər

Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur VİDEO

Veb TV | 21:05 • 2 İyul 2022
Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur

İşğaldan azad olunmuş ərazilərdə yollar çəkilir, tunellər inşa olunur və yeni hərbi hissələr açılır. Prezident İlham Əliyevin bu yaxınlarda Göygöl, Kəlbəcər və Laçına səfəri zamanı yenidənqurma işləri ilə tanış olması, yeni hərbi hissənin açılışında iştirak etməsi əslində Azərbaycanı istəməyən qüvvələrə bir ismarıc idi. Səfər nümayiş etdirdi ki, həm Qarabağ və Şərqi Zəngəzur yenidən qurulur, həm də sərhədlərimizin etibarlı mühafizəsinə xüsusi əhəmiyyət verilir. 

Prezident İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfər etməsi, həyata keçirilən işlərlə tanış olması Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması istiqamətində atılan addımların yeni mərhələyə qədəm qoymasından xəbər verir.

Səfər bir daha sübut edir ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərimizin bərpası, kommunikasiya sistemlərinin yenidən qurulması və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətlənməsi üçün əzmkarlıqla çalışır. Artıq qısa zamanda bir sıra iri layihələrin icrası başa çatdırılıb. Zəfər yolunun salınması, Füzuli Beynəlxalq Hava Limanının inşası azad olunmuş ərazilərin bərpası istiqamətində güclü siyasi iradənin olduğunu nümayiş etdirir. Həm də belə layihələr yetərli maliyyə imkanlarından xəbər verir.

Millət vəkili Elşad Mirbəşir bildirib ki, çətin keçilən relyefə malik ərazilərdə müasir standartlara cavab verən yolların çəkilməsi, tunellərin inşası uzun zaman, böyük məbləğdə maliyyə vəsaiti tələb etsə də, prezident İlham əliyev uzaqgörən siyasəti ilə bu ali missiyanın öhdəsindən ləyaqətlə gəlir. Deputat qeyd edib ki, silahlı qüvvələr günündə dövlət başçısının Kəlbəcər rayonunda hərbi hissənin açılışını etməsi və hərbçilərlə görüşü onlara mənəvi ruh vermiş oldu. Bundan əlavə işğaldan azad olunmuş ərazilərdə Azərbaycan ordusunun gündən-günə möhkəmləndiyini sübut etdi. Bu isə dövlət başçısının ordu quruculuğana verdiyi önəmin göstəricisidir. 

Dövlət başçısının səfərini şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işlərinin aparılması, eləcə də ordumuzun möhkəmlənməsi üçün lazımi infrastruklturun yaradılması əslində Ermənistana bir mesajdır. Azərbaycan istənilən təxribatın qarşısını vaxtında alacaq. 

Politoloq əlavə edib ki, Ermənistan hakimiyyəti də artıq anlayıb ki, Azərbaycan öz sərhədlərini etibarlı qorumaqla yanaşı, istənilən hücum cəhdinə sərt cavab verə bilər. 44 günlük vətən müharibəsində olduğu kimi...

Xəbər lenti