Xəzər Xəbər

Polis Akademiyasında buraxılış mərasimi keçirildi VİDEO

Veb TV | 20:01 • 2 İyul 2022
Polis Akademiyasında buraxılış mərasimi keçirildi

Bu gün Polis Akademiyasında Azərbaycan polisi gününə və 2021-2022-ci tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib. Mərasimdə Azərbaycan polisinin keçdiyi yoldan danışılıb.

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov mərasimdə çıxış edərək əlamətdar gün münasibətilə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təbriklərini şəxsi heyətə çatdırıb. Ötən 104 ildə polisin keçdiyi çətin sınaqlarla dolu şərəfli xidmət yolundan, cinayətkarlığa qarşı mübarizədə qazandığı təcrübədən, xüsusən ulu öndər Heydər Əliyevin respublikamıza rəhbərlik etdiyi dövrlərdə daxili işlər orqanlarının fəaliyyətinin təşkili, milli ruha malik vətənpərvər kadrlarla möhkəmlənməsi istiqamətində görülən işlərdən danışıb. 

Vilayət Eyvazov qazanılan uğurlarda Azərbaycan polisinin müasir dünyagörüşlü yeni nəslini yetirən Polis Akademiyasının xüsusi rolunu diqqətə çatdırıb.

Daha sonra Akademiyanı fərqlənmə ilə bitirmiş məzunlara diplomlar və "polis baş leytenantı" xüsusi rütbələrinin paqonları təqdim edilib. Təntənəli tədbirin sonunda şəxsi heyət mətin addımlarla tribunanın qarşısından keçib.

 

Xəbər lenti