Xəzər Xəbər

Bəzi restoranlar müştərilərə sadə çay vermirlər VİDEO

Veb TV | 14:33 • 15 May 2024
Bəzi restoranlar müştərilərə sadə çay vermirlər

Bəzi iaşə obyektlərində müştəriyə sadə çay verilmir. Restorana getdinsə, şirniyyatsız çay içə bilməzsən.

Belə hallar zaman-zaman bir çoxumuzun başına gəlir. Maraqlıdır, bu cür vəziyyətlərdə nə etmək lazımdır? Ümumiyyətlə, restoranlarda müştərilərə xidmət necə təşkil olunmalıdır?

Xezerxeber.az-ın məlumatına görə, turizm üzrə ekspert Rəhman Quliyev bildirib ki, restoranlarda hər bir vətəndaşa fərdi yanaşılmalıdır. O, həmçinin bu yanaşmanın təkcə yerli sakinlərə deyil, turistlərə qarşı göstərilməsinin də vacibliyini vurğulayıb.

Vəkil Kamandar Hüseynov isə deyib ki, göstərilən xidmətin növü, çeşidi, forması və qiyməti müştəriyə istər menyu, istərsə də elan şəklində açıq bəyan edilməlidir.

Vəkil bildirib ki, vətəndaşlar bu kimi hallarda hüquqlarının pozulması ilə bağlı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müraciət edə bilərlər. Kamandar Hüseynov həmçinin qeyd edib ki, Azərbaycandan fərqli olaraq, Avropa ölkələrində belə bir qayda yoxdur və insanlara bu sahədə geniş seçim verilir. Yəni restoranlarda müştəriyə bir məhsulun yanında digər təamı sifariş vermək məcbur edilmir.

Xezerxeber.az mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Çox oxunanlar