Xəzər Xəbər

Cehiz üçün nə qədər pul lazımdır? QİYMƏTLƏR

Veb TV | 14:57 • 15 May 2024
Cehiz üçün nə qədər pul lazımdır?

Adət-ənənəyə görə, evlənmək istəyən oğlanın evi, qızın isə isə cehizi olmalıdır.

Xezerxeber.az-ın məlumatına görə, vaxtilə cehiz, içində əl işi örtüklər olan sadə bir boğça və ya kiçik sandıq sayılardı. İndi isə xanımların cehizi boğça-sandığa sığmır.

Paytaxtda bir xanımın cehiz xərclərinin nə qədər ola biləcəyini müəyyənləşdirmək üçün əvvəlcə mebel qiymətləri ilə maraqlandıq.

Məlum oldu ki, mətbəx mebeli 1500- 2500, yataq dəstləri 2500-3500, qonaq dəstləri isə 3500-4500 manatdır.

Elektronika məhsullarının da qiymətləri müxtəlifdir. Məsələn, televizor 500-2500, soyuducu 500-4000, paltaryuyan 800-1800, qabyuyan 1000-2000 manat arası təklif olunur. 600-1200 manat aralığında mebeliçi sobalar da satılır ki, bunlar həm də mikrodalğalı soba funksiyasını yerinə yetirir. Sadə sobalar isə 300-600 manat aralığındadır.

Bundan əlavə, cehizə qiyməti 100-1500 manat arası olan ütü, 100-2200 manat arası pərdə, 100-2800 manat arası xalça daxildir. Şirəçəkən 170 manatdan 800 manata, ətçəkən isə 200 manatdan 550 manatadək təklif olunur. Ümumilikdə, bir qızın cehiz xərcini hesablasaq, minimum 15, maksimum 30-35 min manata başa gələ bilər.

Xezerxeber.az mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı daha ətraflı videomaterialı təqdim edir. 

Xəbər lenti

Faktiki hava AÇIQLANDI
16:32 • 26 İyul 2024