Xəzər Xəbər

Bazarda qiymətlər necədir, vətəndaş nə deyir? VİDEO

Veb TV | 20:31 • 2 İyul 2022
Bazarda qiymətlər necədir, vətəndaş nə deyir?

Artıq 1 aydan çoxdur ki, mövsümi meyvə-tərəvəzlərin qiymətləri həm sosial şəbəkələrdə, həm də əhali arasında müzakirələrə səbəb olub. "Xəzər Xəbər" olaraq son vəziyyəti öyrənmək üçün bazarlara üz tutduq. Əsl vəziyyətin nə yerdə olduğunu gəlin satıcıların və alıcıların öz dillərindən eşidək. 

Paytaxtda alıcıların daha çox olduğu "8-ci kilometr" bazarındayıq. Burda hər çeşiddə və hər qiymətə meyvə-tərəvəz tapmaq mümkündür. 

Yayın əvəzedilməz tərəvəzi pomidorun qiyməti 50 qəpik - 1 manat arasında dəyişir. Xiyarın qiyməti isə 50-60 qəpikdir.

Qarpızın bir kiloqramı 50 qəpik, yemiş isə 70 qəpik-1 manat olsa da, satıcılar alıcı azlığından şikayət edirlər.

Alıcılar da qiymətlərin marketlərlə müqayisədə münasib olduğunu deyirlər. 

Digər meyvə-tərəvəzlərin də qiyməti isə belədir. Şaftalının bir kiloqramının qiyməti 2-3 manat,ərik 2 - 2 manat 50 qəpik,alma 70 qəpik - 1 manat 20 qəpikçiyələk 1-2 manat, bibərin bir kiloqramı 80 qəpik - 1 manat, badımcan 50 qəpik - 1 manat,lobya 1 manat 50 qəpik - 3 manat arasında dəyişir.  Qarğıdalının isə ədədi 50-60 qəpikdir.

Xəbər lenti

Çox oxunanlar