Xəzər Xəbər

Bakıda 142 yaşlı binanın üzərində tikilən qanunsuz əlavə söküldü VİDEO

Veb TV | 20:15 • 2 İyul 2022
Bakıda 142 yaşlı binanın üzərində tikilən qanunsuz əlavə söküldü

Paytaxtın mərkəzi küçələrinin birində tarixi memarlıq abidəsinin üzərində üçüncü mərtəbə tikməyə çalışıblar. Amma aidiyyəti qurumlar məsələdən xəbər tutan kimi tikinti işlərini dayandırıblar.

Bakıda tarixi memarlıq abidəsi üzərində tikilən əlavə mərtəbə sökülür...

Özünü bina sahibi kimi təqdim edən Əli İsmayılov damda tikinti yox, təmir işləri aparıldığını iddia edir.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin müvafiq strukturları tərəfindən dərhal müvafiq tədbirlər görülüb və memarlıq abidəsi sayılan binanın damında aparılan işlər dərhal dayandırılıb. Kommunal-Təsərrüfat Birliyinin nümayəndələri sahibkarı tikintini sökməyə məcbur ediblər. Sahibkara isə xəbərdarlıq olunub. 

Xəbər lenti

Quzu əti bahalaşıb VİDEO
20:25 • 19 Avqust 2022