Xəzər Xəbər

Bakıda narkotacirlərə qarşı əməliyyatlar keçirilib, 22 nəfər saxlanılıb VİDEO

Veb TV | 20:55 • 9 Dekabr 2021
Bakıda narkotacirlərə qarşı əməliyyatlar keçirilib, 22 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən daxil olan məlumat əsasında paytaxtın bir sıra  ərazilərində əməliyyatlar keçiriblər. 

Xezerxeber.az-ın məlumatına görə, əməliyyatlar nəticəsində 22 nəfər saxlanılıb, qanunsuz dövriyyədən 40 kiloqram narkotik maddə və 1258 ədəd psixotrop tərkibli həblər çıxarılıb.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Xəbər lenti