Xəzər Xəbər

Emənistanın mina terroru davam edir VİDEO

Veb TV | 20:30 • 9 Dekabr 2021
Emənistanın mina terroru davam edir

İşğaldan azad olunmuş ərazilərimizdə Emənistanın mina terroru davam edir.

Xezerxeber.az-ın məlumatına görə, bu gün Şuşanın Daşaltı kəndində iki nəfər mülki şəxs minaya düşərək həlak olub.

Minatəmizləmə Agentliyinin şöbə müdiri Adil Aslanov bildirib ki, aparılmış ilkin araşdırmalara görə, hadisə düşmənin basdırdığı sürpriz mina partlayışı nəticəsində baş verib.

Onun sözlərinə görə, birlikdə 2 mina quraşdırılıb. Bu tip sürpriz minalardan adətən diversiya, terror aktları zamanı istifadə olunur.

Partlayış nəticəsində 22 yaşlı Orxan Xanatov və 29 yaşlı Vüsal Qəndiyev həlak olublar. Onlar Daşaltı kəndində bərpa və quruculuq işlərini həyata keçirən tikinti şirkətlərinin əməkdaşları olublar.

Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə və digər maddələri ilə cinayət işi başlanıb.

Adil Aslanov əlavə edib ki, Ermənistan işğaldan azad olunmuş əraziləri minalayarkən ağlasığmaz vasitələrə əl atıb. Yol kənarında basdırılan istiqamətləndirilmiş minalar hətta 100 metrlik məsafədə olan canlı qüvvələrə təsir etmək imkanına malikdir. Onun sözlərinə görə, ağır texnikanın keçmədiyi ərazilərdə belə sürpriz minaların quraşdırılması Ermənistanın dövlət səviyyəsində mina terroru həyata keçirdiyini bir daha sübut edir.

Qeyd edək ki, ötən il noyabrın 10-dan indiyədək işğaldan azad edilmiş ərazilərimizdə minaya düşmə nəticəsində 29 mülki şəxs həlak olub, 44 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Bugünədək Ermənistan tərəfindən təqdim olunmuş mina xəritələrinin qeyri-dəqiq olması da məqsədli şəkildə Azərbaycanın daha çox dinc sakininin öldürülməsinə yönəlib. Çünki Ağdam, Füzuli və Zəngilan rayonları üzrə öncə verilmiş mina sahələri üzrə məlumatların dəqiqliyi 25% təşkil edir. Bütün bunlar Ermənistanın hələ də çirkin əməllərindən əl çəkmədiyini göstərir. Bu ölkə atdığı addımlarla işğaldan azad olunmuş ərazilərdə dinc həyatın bərpasına, insanların öz yurdlarına qayıtmasına mane olur. Bu isə yeni siyasət deyil. Ermənistanda hər zaman dinc insanlar hədəf götürülüb. Bu ölkənin ideologiyası Türkiyə və Azərbaycana qarşı terror və nifrət üzərində qurulub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti

Çox oxunanlar