Xəzər Xəbər

Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq VİDEO

Veb TV | 197 | 19:44 • 23 Sentyabr 2021
Taksi sürücülərinin vaksin pasportu belə yoxlanılacaq

Xəbər verdiyimiz kimi oktyabrın 1-dən taksi sürücülərindən koronavirusa qarşı ikinci doza peyvəndin vurulmasına dair COVID pasportunun tələb olunacaq. Bəs sürücülərin peyvənd olunub olunmaması necə yoxlanılacaq? Həmin şəxsləri hansı cəzalar  gözləyir. Daxili İşlər Nazirliyi bu məsələ ilə  bağlı qaydaları açıqlayıb.

Taksi sürücülərinin COVID 19-a qarşı peyvənd olunub olunmaması , stasionar postlarda və yollarda polis əməkdaşları tərəfindən yoxlanılacaq.

Bunu XəzərXəbər-ə açıqlamasında Daxili işlər nazirliyinin şöbə rəisi Elşad Hacıyev deyib. Onun sözlərinə görə, Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması, o cümlədən, taksi fəaliyyəti ilə məşğul olan şəxslərin COVID-19-a qarşı peyvənd olunması və ya immunitet sertifikatına sahib olmaları xidmətə cəlb olunan polisin naryad qrupları tərəfindən seçmə yolu ilə yoxlanılacaq. 

Elşad Hacıyev vurğuladı ki 2-ci doza üzrə vaksinasiyadan keçməyən sürücülərin fəaliyyətinə qadağa qoyulacaq. Belə hallar aşkarlandıqda isə müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinin 211 -ci maddəsinin 1-ci bəndinə uyğun olaraq həmin şəxslər barədə inzibati tənbeh tədbiri tətbiq olunacaq. 

Şöbə rəisi qeyd etdi ki, bütün tədbirlər pandemiya ilə mübarizədə əhalinin sağlamlığının qorunması və onun törədə biləcəyi fəsadların qarşısının alınmasına yönəlib.Qeyd edək ki, oktyabrın 1-dən avtomobil nəqliyyatı ilə yük və sərnişin daşınması ilə məşğul olanlardan, o cümlədən taksi sürücülərindən 2-ci doza peyvənd olunmalarına dair COVID-19 pasportu tələb olunacaq. 

 

 

Xəbər lenti

Devalvasiya gözlənilir? VİDEO
20:31 • 24 Oktyabr 2021
Polis Masallıda reyd keçirib
16:11 • 24 Oktyabr 2021