Xəzər Xəbər

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı ilə bağlı əhəmiyyətli hədəfi AÇIQLADI VİDEO

Veb TV | 19:37 • 23 Sentyabr 2021
Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatı ilə bağlı əhəmiyyətli hədəfi AÇIQLADI

Qarabağda ''yaşıl enerji'' sisteminin yaradılması istiqamətində işlər sürətləndirilir. Artıq bununla bağlı bir sıra layihələr təsdiqlənib. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib. Nazirin sözlərinə görə bu istiqamətdə digər layihələr də nəzərdə tutulub. Mikayıl Cabbarov qeyd edib ki, yaxın vaxtlarda daha bir sənaye parkı açılacaq. Sənaye parklarında tərəfdaşlar üçün bir sıra güzəştlərin tətbiqi nəzərdə tutulub. Bu arada Qarabağın qurulması istiqamətində şirkətlər arasında aparılan sorğunun nəticələri də açıqlanıb. Məlum olub ki, şirkətlər əsasən İKT və inşaat sahəsində iştirakda maraqlıdır.

''İşğaldan azad olunan ərazilərimizdə "yaşıl enerji"nin yaradılması və inkişafına dair bir sıra layihə ilkin olaraq təsdiqlənib''. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Alman-Azərbaycan Xarici Ticarət Palatasının təşkilatçılığı ilə keçirilən "Azərbaycanda Xarici Biznes: Biznes Mühiti sorğusu 2021" hesabatında çıxışı zamanı deyib 

Sənaye parklarından danışan nazir bildirib ki, növbəti həftələrdə ölkəmizdə daha bir ixtisaslaşmış sənaye zonasının açılışı gözlənilir.

Mikayıl Cabbarov özəl sektorun dövlət tərəfindən dəstəklənməsi tədbirlərindən də söz açıb. Nazir qeyd edib ki, son 15 ay ərzində 5 mindən çox kiçik və orta biznes subyekti tərəfindən 1 mlrd. manat dəyərində kredit müraciətləri daxil olub.

Mikayıl Cabbarovun sözlərinə görə ölkədə ÜDM-in, həmçinin ixracın artımı müşahidə olunur. Görülmüş tədbirlər nəticəsində cari ilin 6 ayı ərzində vergi yığımları ötən ilin analoji dövrü ilə müqayisədə 13,8% artıb, bu isə proqnozlaşdırılan göstəricidən 23% daha çoxdur.

Tədbirdə çıxış edən Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri Fərid İsayev bildirib ki, xarici investorlar Qarabağ və Şərqi Zəngəzurun inkişafında iştirak etmək niyyətindədirlər. Qeyd edək ki, tədbirdə Alman-Azərbaycan Xarici Ticarət Palatası tərəfindən 110 xarici şirkət arasında aparılan sorğunun nəticələri açıqlanıb. Şirkətlərin 17%-i Qarabağ və Şərqi Zəngəzur bölgələrinin qurulması, dağılmış infrastrukturun yenidən qurulması prosesinin bir hissəsi olmaqda maraqlıdırlar. olduqlarıdır. Bu baxımdan inşaat və İKT sektorunda fəaliyyət göstərən şirkətlər üstünlük təşkil edir. 

Xəbər lenti