Xəzər Xəbər

Misirdə fironların paradı keçirildi VİDEO

Veb TV | 16:58 • 4 Aprel 2021
Misirdə fironların paradı keçirildi

Misirdə son illərin ən böyük mədəni hadisələrindən biri reallaşıb. Belə ki, qədim misir fironlarının 22-nin balzamlanmış mumiyaları yeni inşa edilmiş Misir Mədəniyyətləri Muzeyinə daşınıb. Tədbir təntənəli parad şəklində təşkil olunub və böyük marağa səbəb olub. 

Misirdə 22 fironun mumiyalarının daşınması mərasimi keçirilib. 

Paytaxt Qahirədə fironların balzamlanmış mumiyaları təntənəli şəkildə Təhrir meydanında yerləşən Milli Muzey binasından çıxarılıb. 

 "Fironların qızıl paradı" adlandırılan mərasimə qədim misirlilərin paltarını geyinmiş atlı mühafizəçilər rəhbərlik ediblər. Qədim qayıqlar formasında dizayn edilmiş avtomobillərdən ibarət kortej beş kilometrlik məsafə qət edib. Fironların mumiyaları Qahirənin qədim Fustat bölgəsində yeni inşa olunmuş Misir Mədəniyyətləri Milli Muzeyinə daşınıb.

 II Ramzes, III Tutmos və I Seti kimi məşhur fironlara aid mumiyalar da yeni ünvana aparılıb.

Yeni muzeyə daşınan mumiyalara dövlət başçıları kimi ehtiram göstəriləcək. Tədbir ölkə tarixində son illərin ən böyük mədəni hadisələrindən biri kimi qiymətləndirilib.

Xəbər lenti

Çox oxunanlar