Xəzər Xəbər

Şirvanda əməliyyat - İranlının sifarişi ilə Bakıya narkotik çatdırmalı idi VİDEO

Veb TV | 19:28 • 2 Aprel 2021
Şirvanda əməliyyat - İranlının sifarişi ilə Bakıya narkotik çatdırmalı idi

Şirvan polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Biləsuvar sakini saxlanıb. Onun üzərinə keçirilən baxış zamanı 2,7 kiloqram narkotik vasitə aşkarlanaraq götürülüb. Abşeron rayonunda da narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub. Xaçmazda isə narkotik maddələri satan şəxsin silah gizlətdiyi də məlum olub.

Şirvan şəhər polis şöbəsi tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 2,7 kiloqram olan narkotik vasitələr -  tiryək və heroin dövriyyədən çıxarılıb.  

Əməliyyat-istintaq tədbirləri nəticəsində Biləsuvar rayonunun Günəşli kənd sakini, 23 yaşlı Əli Tahirli avtobus dayanacağının arxasından içərisində narkotik vasitələr olan zənbili özü ilə götürüb oradan uzaqlaşan zaman polis tərəfindən saxlanıb. 

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Abşeron rayonunda da narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanıb. Əvvəllər məhkum olunmuş Asif Məmmədovun üzərinə və Xırdalan şəhərində yaşadığı evinə keçirilmiş baxış zamanı oradan çəkisi 2 kiloqram 145 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülüb. Araşdırma zamanı müəyyən edilib ki, o, şəxsiyyəti istintaqa məlum olmayan xarici ölkələrdən birinin vətəndaşı ilə sosial şəbəkələrdə əlaqə yaradaraq narkotik vasitələri satmaq məqsədi ilə ondan alıb. 

Qeyd edilən faktla bağlı da cinayət işi başlanıb. 

Dəmiryol Nəqliyyatında Polis İdarəsinin Xaçmaz və Yalama stansiyalarının polis pölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində də narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini Akşin Qasımov Xudat stansiyası ərazisində saxlanıb. Onun sözügedən ərazidə odlu silah gizlətdiyi də müəyyən edilib və oradakı yarımtikilidən bir ədəd AKSU markalı avtomat, bir ədəd daraq və 20 ədəd patron aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar aparılır.

Xəbər lenti