Xəzər Xəbər

Ağstafada hədə-qorxu ilə pul tələb edən şəxslər tutulublar VİDEO

Veb TV | 19:40 • 2 Aprel 2021
Ağstafada hədə-qorxu ilə pul tələb edən şəxslər tutulublar

Ağstafa polisi özlərini media nümayəndəsi kimi təqdim edərək vətəndaşdan pul tələb edən 2 nəfəri saxlayıb. Onlardan birinin evindən ov  bıçaqları və qadağan olunmuş dini ədəbiyyat nümunələri aşkarlanıb.

Ağstafada hədə-qorxu ilə pul tələb edən şəxslər tutulublar.

Keçirilmiş əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olmaqla özlərini jurnalist kimi təqdim edərək, Ağstafa sakinindən hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən rayon sakinləri- Fazil Quliyev və Vüsal Zeynalov saxlanıblar. Aparılmış istintaq-əməliyyat tədbirləri nəticəsində məlum olub ki, özünü "LTV7" internet televiziyasının əməkdaşı kimi təqdim edən bu şəxslər zərərçəkən şəxsdən şəxsi informasiyanın ictimailəşməməsi müqabilində 500 manat pul tələb ediblər.

Şübhəli şəxslər istintaqa cəlb olunublar.

Davam etdirilən araşdırmalar nəticəsində Vüsal  Zeynalova məxsus fərdi yaşayış evinə baxış keçirilən zaman, oradan 5 müxtəlif ölçüdə ov bıçağı və müxtəlif dini təriqətləri təbliğ edən, qanunla qadağan edilən dini ədəbiyyat aşkar edilərək götürülüb. 

 

 

 

 

 

Xəbər lenti