Xəzər Xəbər

Qazilərə əlilliyin təyinatı üçün lazımı prosedurlar açıqlandı VİDEO

Veb TV | 20:11 • 2 Aprel 2021
Qazilərə əlilliyin təyinatı üçün lazımı prosedurlar açıqlandı

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi qazilərin əlillik dərəcələsi almaları üçün lazimi prosedurları açıqlayıb. Qurumdan bildirilib ki, qazilər həqiqətən hərbi əməliyyatlarda sağlamlıq imkanlarını itiriblərsə, bu zaman mütləq Müdafiə Nazirliyinin hərbi həkim komissiyasının şəhadətnaməsini əldə etməlidirlər. Bundan sonra onların ''Forma-88''-i əlillik alt sisteminə göndərilir və məlumatlar araşdırıldıqdan sonra qazinin sağlamlıq durumuna uyğun əlillik təyinatı aparılır. Agentlik sağlamlıq vəziyyəti ilə bağlı hərbidən tərxis olunan bəzi şəxslərə əlillik dərəcəsinin verilməməsinin səbəblərini də açıqlayıb

Hərbi əməliyyatlar zamanı sağlamlığını itirmiş hərbçilərə  əlillik dərəcələrinin təyin edilməsi üçün lazimi prosedurlar açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən bildirilib ki, qazilər  ilk növbədə hərbi həkim komissiyasının şəhadətnaməsini əldə etməlidirlər. Bundan sonra şəhadətnamə səhiyyə müəssisələrinə verilməlidir. Sonrakı mərhələdə isə səhiyyə müəssisəsi qaziyə forma 88 tərtib edərək agentliyin elektron alt-sisteminə göndərir 

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin mətubat katibi Gülnar Əzizovanın sözlərinə görə məlumat elektron sistemə daxil edildikdən sonra 3 gün ərzində vətəndaş və ya qazi təyinat alır. Burada foto, videoçəkilişlər, ümumi məlumatlar komissiya tərəfindən nəzərdən keçirilir. 

Agentlik sağlamlıq vəziyyəti ilə bağlı hərbidən tərxis olunan bəzi şəxslərə əlillik dərəcəsinin verilməməsinin səbəblərini də açıqlayıb. 
 

Qeyd edək ki, indiyə qədər 250-dən çox Vətən müharibəsi iştirakçısına əlillik dərəcəsi təyin edilib. 

Xəbər lenti