Bakı 18 ℃
Xəzər Xəbər
USD 1.7

Vaksin vurduranlar xaricə səfər zamanı test verməlidirlər? VİDEO

Veb TV | 4,873 | 20:02 • 31 Mart 2021
Vaksin vurduranlar xaricə səfər zamanı test verməlidirlər?

Yanvarın 18-dən etibarən ölkəmizdə koronavirusa qarşı vaksinasiya prosesi başlayıb. Artıq ikinci dozanı vurduranlar da var. Havaların mülayimləşməsi isə xaricə getmək istəyənlərin sayını qismən də olsa təsir göstərir. Bəs 2-ci dozanı vurduran şəxslər xaricə rahat səfər edə bilərmi? Həmin vətəndaşlar üçün hansısa güzəştlər nəzərdə tutulurmu?

Ölkəmizdə koronavirusa qarşı ikinci dozanı vurduran şəxslərdən də xaricə yollanarkən test vermələri tələb olunacaq. Turizm meneceri Elgün Babayev deyir ki, xaricə səfərlə bağlı qaydalarda dəyişiklik edilməyib. On görə də ölkəni tərk edərkən koronavirusa qarşı testin götürülməsi zəruri hesab edilir. Vətəndaşlar uçuşa 2 gün qalmış mütləq koronavirus testi verməlidilər. Amma gələcəkdə vaksinasiyanın hər iki mərhələsindən keçən şəxslər üçün xüsusi güzəştlər tətbiq edilə bilər.

Turizm meneceri deyir ki, hazırda ölkəmizdə ancaq Naxçıvana daxili uçuşlar həyata keçirilir. Muxtar Respublikaya uçan vətəndaşlardan da test tələb olunur. Bəs qonşu ölkələrdə necə, daxili uçuşlarda koronavirus testi tələb olunurmu?

Elgün Babayev bildirdi ki, artıq yay istirahəti üçün tur paketlərin satışına da başlanıb. Amma təlabat əvvəlki illərlə müqayisədə xeyli aşağı düşüb. 

Çox oxunanlar

25 dərəcə isti olacaq
26 | 09:16 • 15 Aprel 2021