Xəzər Xəbər

Qala-Pirallahı yolundakı mənzərə görənləri sözün əsil mənasında güldürür VİDEO

Veb TV | 20:24 • 31 Mart 2021
Qala-Pirallahı yolundakı mənzərə görənləri sözün əsil mənasında güldürür

Xeyli vəsait xərclənərək yerüstü piyada keçidi tikilib. Lakin ondan istifadə edən yoxdur. Çünki, piyada keçidi yaşayış məntəqəsindən xeyli aralıda inşa edilib. Qala-Pirallahı yolundakı mənzərə görənləri sözün əsil mənasında güldürür. İndi kimi qınayasan, keçiddən keçməyən insanları, yoxsa piyada keçidini yaşayış məntəqəsindən aralıda tikən qurumu?

Piyada keçidi yaşayış məntəqəsindən xeyli aralıda tikilib.

Söhbət Qala-Pirallahı yolunun 3,6-cı kilometrliyində inşa edilən yerüstü piyada keçidindən gedir. Xeyli vəsait sərf edilərək tikilən keçidə ən yaxın yaşayış məntəqəsi təkcə Qala Stansiyası adlanan ərazidir.

Sakinlər də bildirirlər ki, Qala Stansiyası adlanan yaşayış məntəqəsi böyükdür. Lakin keçid məntəqədən uzaqda yerləşdiyindən yoldan keçərkən ondan istifadə etmirlər.

Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin  mətbuat katibi Anar Nəcəfli "Xəzər Xəbər"ə bildirdi ki, Qala Stansiyasındakı məktəb nəzərə alınaraq keçid orada tikilib. Çünki məktəb yaşayış məntəqəsinin sonundadır. Digər qəsəbədən gələn məktəbli, müəllim və valideynlərin də yolu rahat keçməsi üçün yerüstü keçid bu ərazidə inşa edilib.

Xəbər lenti