Xəzər Xəbər

Bölgələrdə daha 3 məktəb koronavirusa görə bağlanıb video

Veb TV | 19:46 • 15 Mart 2021
Bölgələrdə daha 3 məktəb koronavirusa görə bağlanıb

Azərbaycanın bölgələrində bir neçə orta məktəb distant təhsilə cəlb olunub.

Xezerxeber.az-ın məlumatına görə, Ağdaşda Bəkir Nəbiyev adına şəhər 3 saylı tam orta məktəbdə 2 şagird, 1 müəllimdə COVID-19 testinin cavabı pozitiv çıxıb. Odur ki, Ağdaş rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən bu gündən etibarən dərs prosesinin distant təhsilə keçirilməsinə qərar verilib.  Dərhal məktəb rəhbərliyi tərəfindən şagird və valideynlər xəbərdar edilib.

Bu gün səhər saatlarından etibarən Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən məktəbin girişi və daxilində bütün otaqlar dezinfeksiya edilib.

Qeyd edək ki, 2020-202-ci tədris ilində rayon üzrə təhsil müəssisələrində 35 şagird və 9 müəllimdə COVID-19 virusu aşkar edilib.

Qax şəhər 4 və 2 saylı tam orta məktəbləri də martın 15-dən distant təhsilə keçib.  Buna səbəb məktəbdə müəllimlər arasında koronavirus xəstəliyinin   yayılmasıdır. Hazırda hər iki məktəbin inzibati binasında dizinfeksiya işləri aparılır.

Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti