Xəzər Xəbər

Yükdaşıma xidmətinin işçiləri aylardır ki, maaş ala bilmir şikayət/video

Veb TV | 20:27 • 15 Mart 2021
Yükdaşıma xidmətinin işçiləri aylardır ki, maaş ala bilmir

188 yükdaşıma xidmətinin işçiləri aylardır ki, əməkhaqqı almadıqlarını, üstəlik, işdən çıxarıldıqlarını deyirlər.

Sürücülərin sözlərinə görə, onlar 2-3 aydır ki, maaş ala bilmirlər. Maaşı tələb edən zaman isə şirkət onlarla bağlanan müqavilələrə xitam verib və hamını işdən çıxarıb. Beləliklə, onlar həm işlərindən olub, həm də çalışdıqları ayların əməkhaqlarını ala bilmirlər.

Xezerxeber.az-ın məlumatına görə, belə sürücülərin sayı 15-dən çoxdur. Onlar deyirlər ki, 188 yükdaşıma xidmətinə İsmixan Mustafayev adlı şəxs rəhbərlik edir. Onları həmin şəxs işə götürüb. İşə götürülən zaman əməkhaqlarının vaxtı-vaxtında ödənməsi ilə bağlı onlara söz verib. İndi isə həmin şəxs ortalıqda yoxdur.

Çəkiliş apardığımızı bildikdə bizi xidmətin dayanacağına buraxmadılar.

Daha sonra şirkətin Binəqədi rayonunda yerləşən ofisinə getdik. Orada isə bizə rəhbərliyin ofisdə olmadığı və məsələdən ümumiyyətlə xəbərsiz olduqlarını dedilər.

İndi şikayətçilərin istəyi aidiyyatı qurumların bu məsələyə reaksiya verməsi və onların əməkhaqlarının ödənməsinin təmin edilməsidir.

Məsələ ilə bağlı hüquqşünaslar bildirirlər ki, zərərçəkmişlər həm məhkəməyə, həm də Dövlət Əmək Müfəttişliyi Xidmətinə müraciət edə bilərlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti