Xəzər Xəbər

Aramsız yağış və qar Kürdəmirdə bir sıra fəsadlar törədib video

Veb TV | 20:46 • 13 Mart 2021
Aramsız yağış və qar Kürdəmirdə bir sıra fəsadlar törədib

Son iki gündə yağan aramsız yağış və qar Kürdəmir rayonunda fəsadlar törədib.

Xezerxeber.az-ın məlumatına görə, rayonun Azərbaycan, Bakı, Alı Mustafayev, Əzizbəyov, Şəhriyar küçələri və Cənub məhəlləsində yerləşən fərdi yaşayış evlərinin həyətlərində gölməçələr əmələ gəlib. Ümumilikdə, 100-ə yaxın həyəti su basıb. Həyətlərə yığılan suyun səviyyəsi 15-20 santimetr olub.

Mərkəzi küçələrdə də gölməçələr əmələ gəlib. Suların həyətlərdən çəkilməsi üçün texnika və canlı qüvvəsi cəlb olunub.

Kürdəmirdə kanalizasiya xətləri köhnə olduğundan bu cür hadisələr baş verir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti