Xəzər Xəbər

Bakıda bu marşrut xəttində işləyən avtobus sürücülərinə 8 aydır ki, maaş verilmir şikayət/video

Veb TV | 20:22 • 13 Mart 2021
Bakıda bu marşrut xəttində işləyən avtobus sürücülərinə 8 aydır ki, maaş verilmir

Bakıda fəaliyyət göstərən 150 nömrəli marşrut avtobusunun sürücüsü Abutalıb Babayev işlədiyi şirkətdən 8 aydır ki, əməkhaqı ala bilmir. 

Xezerxeber.az-ın məlumatına görə, Abutalıb Babayev iddia edir ki, ötən ilin avqust ayından onunla birlikdə digər sürücülərə də gündəlik təyin olunan əməkhaqqı ödənilmir. 

Şikayətçi deyir ki, bir ay ərzində 10-15 gün işləyir və bu günlərə uyğun ona əməkhaqqı yazılır. 

Qeyd edək ki, 150 nömrəli marşrut avtobusu metronun "Koroğlu" stansiyasından Pirallahı rayonu və əks istiqamətdə hərəkət edir. Marşrut avtobusu "3 nömrəli Bakı Avtonəqliyyat Müəssisəsi" MMC-nin tabeliyindədir. Abutalıb Babayevin sözlərinə görə, bir neçə dəfə şirkətin rəhbərliyi qarşısında bu məsələ qaldırılsa da, hələ ki, problem həll edilməyib. 

Sürücünün şikayəti ilə bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova ''Xəzər Xəbər''ə bildirdi ki, həmin vaxtlarda Nazirlər Kabinetinin qərarlarına uyğun olaraq xüsusi karantin rejimi tətbiq edilirdi. Buna görə də sərnişin axını nəzərə alınarq bəzi avtobuslar xəttə buraxılırdı. Problem də məhz bu səbəbdən yaranıb. Ancaq bu aydan sürücülərin əməkhaqqı məsələsi həll ediləcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti