Xəzər Xəbər

İçərişəhərdə yerləşən "Multani" karvansarayı bərpa edilir - VİDEO

Veb TV | 20:28 • 11 Sentyabr 2020
İçərişəhərdə yerləşən "Multani" karvansarayı bərpa edilir -

İçərişəhərdə yerləşən və XIV əsrə aid qədim "Multani" karvansarayının bərpa-konservasiya işlərinə başlanıb.

Xezerxeber.az-ın məlumatına görə, karvansarayın daşları ovulmuş, uzun müddət qapalı qalan zirzəmi isə havasızlıqdan xoşagəlməz hal almışdı.

İllərdir ki, yenilənməyən bu tarixi məkanın restavrasiya olunmasına böyük ehtiyac var idi. Məhz bu səbəbdən də bərpa işlərinə başlanıb.

Abidənin bərpa-konservasiya işləri Avstriyalı mütəxəssislər tərəfindən aparılır. Layihənin müəllifi isə bu ölkədən olan bərpaçı-memar Erik Pumerdir.

Qeyd edək ki, "Multani” karvansarayında bərpa işlərinin 2022-ci ilin sonunda tamamlanması nəzərdə tutulur.

Qeyd edək ki, son 10 il ərzində İçərişəhərdə Qız Qalası, Şirvanşahlar Sarayı Kompleksi, Bəylər məscidi, Qala divarları, Yeraltı hamamda restavrasiya işləri aparılıb. 18-ci əsrə aid "Bakı Xanlarının evi" kompleksi də tam yenilənərək təhvil verilib. 2021-ci ilin əvvəlində burada analoqu olmayan muzey fəaliyyətə başlayacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti