Xəzər Xəbər

Mayın 18-dən etibarən “ASAN xidmət”də vətəndaşların qəbulu necə olacaq? VİDEO

Veb TV | 19:49 • 17 May 2020
Mayın 18-dən etibarən “ASAN xidmət”də vətəndaşların qəbulu necə olacaq?
Sabah da vətəndaşlar ASAN xidmət mərkəzlərinə gedərkən əvvəlcədən onlayn növbə tutmalıdırlar. Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Elnur Niftəliyev deyib. O bildirib ki, indiki dövrdə "ASAN xidmət" və "ASAN Kommunal" mərkəzlərinə gedən vətəndaşların onlayn qeydiyyatı vacibdir.


18 may tarixindən "ASAN xidmət” və "ASAN Kommunal” mərkəzlərində vətəndaşların qəbulu yenə də əvvəlcədən onlayn növbə tutmaqla həyata keçiriləcək.

Bu barədə Elnur Niftəliyev məlumat verib.

Elnur Niftəliyev deyib ki, növbə tutmaq üçün "ASAN xidmət” mobil təbiqi IOS və "Android" əməliyyat sistemlərinə yüklənilir.

Eyni zamanda, www.asan.gov.az saytındakı "Onlayn növbə” funksional bölməsi vasitəsilə və 108 Çağrı Mərkəzinə zəng etməklə növbə götürülə bilər.

Bir daha hər kəsi mərkəzlərdə şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməyə, digər şəxslərlə minimum kontaktda olmağa, mövcud preventiv tədbirlərin şərtlərinə əməl etməyə çağırırıq.


Xəbər lenti