Xəzər Xəbər

Hansı qadağalar qüvvədə qalacaq? VİDEO

Veb TV | 19:54 • 17 May 2020
Hansı qadağalar qüvvədə qalacaq?

Bu gün gecədən etibarən xüsusi karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılsada, bəzi mövcud qadağalar olduğu kimi qalacaq. Məsələn, parklara insanların girişinə icazə verilsədə, amma burda bəzi məhdudiyyətlər olacaq. Habelə toy və yas mərasimlərin keçirlməsi, bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına olan qadağa da qüvvədədir.


Toy və yas mərasimlərin keçirlməsi hələ bir müddət qadağa olaraq qalacaq.


Bu gün gecədən etibarən xüsusi karantin rejimi ilə bağlı bir sıra məhdudiyyətlər aradan qaldırılsada, bəzi mövcud qadağalar olduğu kimi qalacaq. Məsələn, mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili və keçirilməsinə icazə verilmir.


Ölkə ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxışın dayandırılması qərarı da qüvvədə qalmağa davam edəcək. Bununla bərabər iri ticarət mərkəzləri ilə bağlı qadağalar da hələ ki qüvvədədir. Çünki bu cür yerlər insanların kütləvi toplaşdığı obyektlərdir və belə yerlərdə yoluxma təhlükəsi çox ola biləcəyindən onların açılması hələ ki nəzərdə tutulmur.


Bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılması qadağasında qüvvədə qalmağa davam edəcək. Bununla yanaşı bütün kütləvi tədbirlərin, o cümlədən mədəni-idman tədbirlərinin keçirilməsinin dayandırılması, tədbirlərin təşkili üzrə xidmətlərin, o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkilindəki qadağa da qüvvədə qalacaq.


Kinoteatrların, teatrların, idman zallarının fəaliyyətinin dayandırılması, tibb müəssisələrində müalicə alan şəxslərin xəstə yaxınları tərəfindən ziyarətinin qadağan edilməsi məsələsi də qadağa olaraq qalacaq. İdman, sağlamlıq-bərpa üzrə xidmətlər, masaj və hamam müəssisələri də qapalı qalmağa hələ bir müddət davam edəcək.



Xəbər lenti