Xəzər Xəbər

İctimai nəqliyyatda ödəniş bank kartları ilə aparılacaq - VİDEO

Veb TV | 19:00 • 12 Fevral 2020
 İctimai nəqliyyatda ödəniş bank kartları ilə aparılacaq  -

İctimai nəqliyyatda gedişhaqqı bank kartları ilə ödəniləcək.

Xezerxeber.az-ın məlumatına görə, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov deyib.

O bildirib ki, hazırda dəmir yolunda bu ödəniş üsulundan istifadə ilə bağlı danışıqlar gedir. İlin sonuna kimi digər ictimai nəqliyyat növlərində də bank kartları ilə ödənişin həyata keçirilməsi nəzərdə tutulub.

Fərid Osmanov "Tələbə kartları"ndan da danışaraq qeyd edib ki, indiyədək 20 mindən artıq tələbəyə bu kartlardan verilib. İlin sonuna kimi isə bu rəqəm 12 dəfə artacaq.

Onun sözlərinə görə, ani ödəniş sisteminin və "Blokçeyn" texnologiyasının da bu il ərzində tətbiqinə başlanacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti