Xəzər Xəbər

Ağdaş sakini qışda çayda çimir - VİDEO

Veb TV | 18:32 • 4 Yanvar 2020
Ağdaş sakini qışda çayda çimir -

Ağdaş sakini qışın oğlan çagında suya girərək çimir.

Xezerxeber.az-ın məlumatına görə, 57 yaşlı Nəriman Dadaşov illərdir soyuq suda çimməklə özündə vərdiş yaradıb.

Deyir ki, o, nə suyun soyuqluğunu hiss edir, nə də xəstələnərək həkimə gedir.

Nəriman Dadaşov qış aylarında rayon ərazisindən keçən Yuxarı Şirvan kanalı və Türyançayda çimir. Uzun müddət Rusiyada yaşayan Nəriman Dadaşov hətta mənfi 10-15 dərəcə temperaturda da çimib. Bu yaşda soyuq suda çimdiyi üçün ətrafdakı insanların da marağına səbəb olur.

Artıq orqanizmi bu vərdişə alışdığı üçün sağlamlığı ilə bağlı heç bir problemi yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti