Xəzər Xəbər

Hacıqabul və Zaqatalada yol qəzaları - 2 nəfər ölüb - VİDEO

Veb TV | 18:10 • 4 Yanvar 2020
Hacıqabul və Zaqatalada yol qəzaları -

Hacıqabulda yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilində təmir işi aparan sürücü digər maşının zərbəsi nəticəsində hər iki nəqliyyat vasitəsinin arasında qalaraq ölüb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistralının Hacıqabul rayonundan keçən hissəsində qeydə alınıb. Minik avtomobili yolun kənarında dayanmış avtomobilə çırpılıb. Nəticədə həmin vaxt maşının arxa tərəfində dayanmış sürücüsü aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisə şahidlərinin bildirdiynə görə, sürücüsü qəza baş verən zaman avtomobildə təmir işi aparırmş.

Faktla bağlı araşdırma aparılır.

Zaqatalada isə piyada vurulub. Hadisə Nizami küçəsində baş verib. Rayonun Yuxarı Tala kənd sakini, Murad Sulxayev yaşadığı kəndin ərazisindəki şadlıq evindən çıxaraq idarə etdiyi minik avtomobili ilə rayon mərkəzi istiqamətində hərəkət edərkən yolu keçmək istəyən rayon sakini, 59 yaşlı Fərasət Davudovanı vurub. Ağır xəsarətlər alan Fərasət Davudova hadisə yerində dünyasını dəyişib. Qəzadan sonra hadisə yerindən qaçan Murad Sulxayev polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində saxlanılıb.

Faktla bağlı Zaqatala rayon polis şöbəsində araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti