Xəzər Xəbər

Qubada ayılar arıxanaya hücum edib - VİDEO

Veb TV | 18:59 • 16 Dekabr 2019
Qubada ayılar arıxanaya hücum edib -

Qubada ayılar arıxanaya hücum edib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə rayonun Küsnət kəndindən 2-3 kilometr aralıda baş verib.

Kənd sakinləri hadisənin görüntülərini çəkib, ''Xəzər Xəbərin''in votsap nömrəsinə göndəriblər.

Onların sözlərinə görə, ayılar gecə saatlarında kəndlərə də girirlər. Son vaxtlar bu hal tez-tez baş verir.

Təsərrüfatına ziyan dəyənlərdən Zakir Fətullayev deyib ki, ayılar bir neçə ay əvvəl kəndə hücum edərək xeyli inəyi parçalayıb. Kənd sakinləri keçən il dövlətdən aldıqları subsidiya ilə təsərrüfatlarını genişləndirməyə çalışdıqlarını deyiblər. Ayıların hücumu isə onlara ciddi ziyan vurub.

Kənd sakinləri təsərrüfatlarının sığorta olunmadığını, bu səbəbdən çıxılmaz vəziyyətdə qaldıqlarını bildiriblər. Onlar məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət ediblər. Qurumdan aidiyyatı şöbəyə yönləndirilən sahibkarlarla əlaqə saxlanılacağı bildirilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar