Xəzər Xəbər

Cocuq Mərcanlı istiqamətində ilk dəfə olaraq marşrut xətti açılır - VİDEO

Veb TV | 18:21 • 16 Dekabr 2019
Cocuq Mərcanlı istiqamətində ilk dəfə olaraq marşrut xətti açılır -

Dekabrın 17-dən etibarən Cocuq Mərcanlı istiqamətinə Gəncə, Sumqayıt və Mingəçevirdən müntəzəm marşrut xətləri fəaliyyət göstərəcək.


Xezerxeber.az-ın məlumatına görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) apardığı monitorinqlərin nəticəsi olaraq sərnişinlərin istifadəsinə yeni xətlər təqdim ediləcək. Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yola düşməsi dekabrın 17-si saat 10:30-da başlayacaq. Son dayanacaq Cocuq Mərcanlı olmaqla marşrut xətlərinin hərəkət sxemi Gəncə, Yevlax, Ağcabədi, Beyləqan və Horadiz olacaq.


Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 09:00-da, qeyd olunan xətt üzrə dayanacaqlar Mingəçevir, Yevlax, Bərdə, Ağcabədi, Beyləqan, Füzuli, Cocuq Mərcanlı, habelə Sumqayıt-Cocuq Mərcanlı marşrutu üzrə avtobusların ilk yoladüşmə saatı 08:30-da olmaqla marşrut xətləri üzrə hərəkət sxemi Sumqayıt, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Bəhramtəpə, Daşburun, Əhmədbəyli, Horadiz və Cocuq Mərcanlı kəndidir.


Gəncə-Cocuq Mərcanlı marşrutu üzrə hərəkət trayektoriyasının uzunluğu 268 kilometr, Mingəçevir-Cocuq Mərcanlı marşrutu üzrə 247 kilometr, Sumqayıt-Cocuq Mərcanlı istiqaməti üzrə isə 363 kilometrdir.

Məsafənin artıq olmasına baxmayaraq ödəniş Füzuliyə qədər hesablanacaq. Sumqayıt, Gəncə və Mingəçevirdən Füzuli avtovağzalına qədər hansı qiymət müəyyən edilibsə, Cocuq Mərcanlıya gedənlər də eyni ödənişi edəcək. 

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti