Xəzər Xəbər

Tovuzda quyuya düşən körpəni belə xilas etdilər VİDEO

Veb TV | 15:43 • 22 Sentyabr 2019
Tovuzda quyuya düşən körpəni belə xilas etdilər

Tovuzda dörd metr dərinliyində quyuya düşən iki yaşlı qız uşağı xilas edilib.

Hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.

İki yaşlı Ayan Qasımova nəzarətsiz qalaraq sanitar qovşağının quyusuna düşüb.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Müfafizə Hissəsinin Tovuz Rayon şöbəsinin Xilasetmə Qrupunun əməkdaşları cəlb edilib.

Yarım saatlıq əməliyyatdan sonra azyaşlı quyudan çıxarılıb. Bu müddətdə quyuda qalan uşaq xəsarət almasa da, ona yerindəcə tibbi yardım göstərilib.

Daha sonra qızcığaz ailəsinə təhvil verilib./oxu.az

Xəbər lenti