Xəzər Xəbər

Bakıda iki prospekti birləşdirən yol təmir edilir - VİDEO

Veb TV | 20:50 • 9 Sentyabr 2019
Bakıda iki prospekti birləşdirən yol təmir edilir -

Bakıda Nobel prospekti ilə Babək prospektini birləşdirən yol təmir edilir.

Xezerxeber.az-ın məlumatına görə, paytaxtın iki böyük probpektini birləşdirən və NZS qəsəbəsinin mərkəzindən keçən əsas yol bu gündən təmir edilir. Artıq Avtomobil Yolları Dövlət Agentliyi sözügedən prospektləri birləşdirən və 4.1 km uzunluğa malik Süleyman Əhmədov və Oktay Vəliyev küçələrinin təmirinə başlayıb. Təmir işləri ilkin olaraq Süleyman Əhmədov küçəsinin Nobel prospekti ilə kəsişən hissəsindən başlanılıb.

Avtomobil Yollar Dövlət Agentliyindən bildirilib ki, yol yatağında çökmüş hissələr tam şəkildə çıxarıldıqdan sonra əks dolğu işləri həyata keçiriləcək. Yola ikiqat olmaqla yeni asfalt örtüyü döşənəcək.

Qurum rəsmisi Anar Nəcəflinin sözlərinə görə, bundan sonra Xətai rayonu ərazisində daha bir neçə küçədə təmir işləri görüləcək. Plana əsasən rayon ərazisində 12 km-ə yaxın uzunluğu olan 11 küçədə də asfaltlama işləri aparılacaq.

NZS qəsəbəsinin mərkəzi yolunda işər 1 ay sonra tam olaraq yekunlaşacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti