Xəzər Xəbər

İmişli və Saatlı rayonlarında ağır yol qəzaları - 6 nəfər ölüb - VİDEO

Veb TV | 18:32 • 9 Sentyabr 2019
İmişli və Saatlı rayonlarında ağır yol qəzaları -

İmişlidə avtomobil su kanalına aşıb, nəticədə bir ailənin 5 üzvü ölüb.

Xezerxeber.az-ın məlumatına görə, ağır qəza hadisəsi gecə saatlarında İmişli-Cəfərli-Əliqulular avtomobil yolunun Əliqulular kəndindən keçən hissəsində baş verib.

Bakı sakini, 56 yaşlı İlqar Şamxalovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq su kanalına aşıb.

Hadisə nəticəsində avtomobildə olan sürücü, eləcə də İmişli sakinləri - sürücünün qardaşı - 50 yaşlı Etibar Məmmədov, onun həyat yoldaşı 52 yaşlı Mərziyyə Məmmədova , 28 yaşlı Elnur Məmmədov və 35 yaşlı Afət Kərimova boğularaq ölüblər.

Faktla bağlı İmişli polis şöbəsində araşdırma aparılır.

Saatlıdakı qəza da ölümlə nəticələnib. Hadisə rayonun Qıraqlı kəndində qeydə alınıb. Minik avtomobili ilə yük maşını toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü, 25 yaşlı Saatlı sakini Taleh İlqaroğlu hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti