Xəzər Xəbər

Salyan, Neftçala və Samuxda ağır qəzalar - 3 ölü, 6 yaralı var - VİDEO

Veb TV | 19:55 • 8 İyul 2019
Salyan, Neftçala və Samuxda ağır qəzalar -

Salyanda təkəri partlayan avtomobilin aşması ölümlə nəticələnib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Ələt-Astara magistral yolunun Salyan rayonunun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Minik avtomobili hərəkətdə olarkən anidən təkəri partlayıb. Nəticədə sürücü idarəetməni itirib və avtomobil yoldan çıxaraq mühafizə səddinə çırpılıb. Qəza nəticəsində Bakı şəhər sakinləri- 32 yaşlı Kəmalə Tahirova, onun 1 yaşlı oğlu Rəsul İmanlı , həyat yoldaşı, 38 yaşlı Heybət İmanov və 29 yaşlı Cavid Tahirli müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirlib.

Həkimlərin səyinə baxmayaraq Cavid Tahirli xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Neftçalada da avtomobilin aşması nəticəsində 1 nəfər ölüb. Hadisə Neftçala rayonununTatarməhlə kənd ərazisində baş verib. Salyan sakini Fərman Hüseynovun idarə etdiyi avtomobil hərəkətdə olarkən anidən idarəetməni itirib və maşın yolun kənarına aşıb. Qəza nəticəsində sürücünün 53 yaşlı anası Əminə Hüseynova hadisə yerində dünyasını dəyişib. Sürücünün atası, 55 yaşlı Elşən Hüseynov və onun bacanağı Samir Məmmədov müxtəlif dərəcəli xəsarətlər alaraq Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Samuxda isə iki minik avtomobilin toqquşması nəticəsində 72 yaşlı Elham Nəsibov ölüb, 30 yaşlı Nicat Məhərrəmov isə ağır yaralanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti