Xəzər Xəbər

Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən konfrans keçirilib - VİDEO

Veb TV | 19:57 • 8 İyul 2019
Azərbaycanın diplomatik xidmətinin 100 illiyinə həsr edilən konfrans keçirilib -

"Sərhədlərin və ərazi bütövlüyünün qorunması Azərbaycanın xarici siyasətinin əsasını təşkil edir".

Xezerxeber.az-ın məlumatına görə, bu açıqlama Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə keçirilən konfransda verilib.

ADA Universitetində təşkil edilən tədbirdə dövlət rəsmiləri, Azərbaycanın xarici ölkələrdəki səfirləri və Bakıda fəaliyyət göstərən xarici diplomatlar iştirak ediblər. Çıxış edənlər bildiriblər ki, Azərbaycanın diplomatik xidmət orqanları 1919-cu ildə yaradılıb. Prezident İlham Əliyevin sərəncamı ilə hər il 9 iyul Azərbaycan diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd edilir.

Tədbirdə çıxış edən Xarici İşlər naziri Elmar Məmmədyarov xarici siyasətin əsas prioritetlərini açıqlayıb. Bildirib ki, ölkəmizin əsas xarici siyasət prioriteti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsidir.

Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Xarici İşlər naziri müasir müstəqil Azərbaycan dövlətinin yaranmasından və inkişafından, onun xarici siyasətindən danışıb.

Konfransda o da qeyd edilib ki, Azərbaycan torpaqlarının işğalının davam etməsi beynəlxalq ictimaiyyət üçün biabırçılıqdır.

Konfransda Azərbaycanın diplomatik xidmət orqanlarının tarixi barədə məruzələr də dinlənilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti