Xəzər Xəbər

Azərbaycanda körpənin mədəsindən görün nələr çıxarıldı - VİDEO

Veb TV | 19:21 • 7 İyun 2019
Azərbaycanda körpənin mədəsindən görün nələr çıxarıldı -

Azərbaycanda altı aylıq körpənin mədəsindən sancaq və digər cisimlər çıxarılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Biləsuvar rayonunda baş verib. Sözügedən rayonda valideyn yeni doğulan oğlan uşağına gözdəyməyə qarşı daş və ələmi sancaqla onun paltarına taxıb. Bir müddətdən sonra altı ayrıq körpənin vəziyyəti pisləşib. Uşaqda iştahsızlıq və tənəffüs çatışmazlığı qeydə alınıb.

Ailə üzvləri rayon xəstəxanalarına müraciət etsələr də, uşağa düzgün diaqnoz qoyulmayıb. Hadisədən 10-12 gün sonra 6 aylıq Rahil Tağıyev paytaxta, Əbülfəz Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasına gətirilib. Rentgen müayinəsi zamanı məlum olub ki, uşaq üzrərində müxtəlif əşyalar olan sancaq udub. Ə.F.Qarayev adına 2 saylı Uşaq Kliniki Xəstəxanasında endoskopik üsul ilə körpənin mədəsindən həmin əşyalar çıxarılıb.

Amma birinci əməliyyatdan sonra körpə Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutuna göndərilib. 5 ildən sonra övlad sahibi olan çarəsiz ana və ailənin digər üzvlərinə bildirilib ki, körpə yenidən əməliyyat olunmalıdır.

Bu gün isə körpənin üzərində sözügedən ikinci əməliyyat keçirilib. Xəstəxanadan aldığımız məlumata görə onun vəziyyəti hazırda stabildir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti