Xəzər Xəbər

Kerç boğazında faciə: Ölü sayı 14-ə çatdı VİDEO

Veb TV | 09:18 • 22 Yanvar 2019
Kerç boğazında faciə: Ölü sayı 14-ə çatdı
Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəminin yanması nəticəsində azı 14 nəfər ölüb.

17 nəfər isə xilas edilib. Gəmilərin ekipajı İran və Türkiyə vətəndaşlarından ibarətdir. Xilasetmə işlərinə 10 gəmi cəlb edilib.

***
Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə baş verən yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.

Yanğın zamanı 12 nəfər xilas edilib. Hazırda boğulan 3 dənizçinin axtarışları davam edir.

İlkin məlumatlara görə, hər iki gəminin göyərtəsində ümumilikdə 31 nəfər olub. Onlardan 16-sı Türkiyə vətəndaşıdır.

***
Qara dənizin şimalındakı Kerç boğazında Tanzaniya bayrağı altında üzən iki gəmidə yanğın baş verib.

Bu barədə Rusiyanın Dəniz və Çay Nəqliyyatı Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, yanğın bir gəminin başqa gəmiyə yanacaq ötürməsi zamanı baş verib. Gəmilərin birində 17 digərində 14 heyət üzvü var.

Yanğın zamanı 9 nəfər ölüb, 14 nəfər xilas edilib. Hazırda xilasetmə əməliyyatında yeddi gəmi iştirak edir. Gəmilərin göyərtəsində olanlar Hindistan və Türkiyə vətəndaşlarıdır.

azvision.az

Xəbər lenti