Xəzər Xəbər

Göyçay və Şəkidə ağır qəzalar baş verib - 2 ölü, 5 yaralı var - VİDEO

Veb TV | 19:54 • 21 Yanvar 2019
Göyçay və Şəkidə ağır qəzalar baş verib -

Bakı-Şamaxı-Yevlax yolunda ağır qəza baş verib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə səhər saatlarında yolun 188-cikilometrliyində, Göyçayın Şahsoltanlı kəndi yaxınlığında qeydə alınıb.

Minik və yük avtomobillərinin toqquşması nəticəsində 52 yaşlı Ağsu rayon sakini Ziyad Vəliyev, 46 yaşlı Mehman Cavadov, 49 yaşlı Bünyad Qaçayev, Göyçay rayon sakini 27 yaşlı Qinyaz Məmmədov və Rəşad Məmmədovmüxtəlif dərəcəli bədən xəsarətləri ilə İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, xəsarət alanlardan biri- Mehman Cavadov ölüb.

Şəkidə isə dumanlı havadasürətin düzgün seçilməməsi qəzaya səbəb olub. Hadisə səhər saatlarındabaş verib. Şəki sakini 25 yaşlı Tərlanİsgəndərovavtomobillə hərəkətdə olarkən idarəetməni itirib və şəhərin giriş qapısınaçırpılıb. Nəticədə sürücü yerindəcə həyatını itirib. Avtomobildə olan sərnişin Namiq İsgəndərov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Xəbər lenti