Xəzər Xəbər

Müxalifətin mitinqi yenə fiaskoyla nəticələndi VİDEO

Veb TV | 20:39 • 19 Yanvar 2019
Müxalifətin mitinqi yenə fiaskoyla nəticələndi

10-dan artıq siyasi qurumun təşkilatçılığı iləbu gün keçirilən mitinq bundan öncəkilər kimi yenə də uğursuz və sönük alındı. Mitinqlə bağlı sosial şəbəkələr vasitəsilə təbliğat aparan radikal düşərgə təmsilçilərinin piketə oxşayan mitinqinə azsaylı tərəfdarlarının qatılması partiya sədrlərini biabırçı duruma saldı.

Müxalifətin yanvarın 19-na təyin etdiyimitinq yenə fiaskoyla nəticələndi. Sistemsizliyin və xaotik mənzərənin hakim olduğumitinqdən öncəki çağırışlarda on minlərlə insanın qatılacağı vəd edilsə də,meydanda cəmi 2800 nəfər gəldi.Mitinq öncəsi çagırışlardan sonrakı real mənzərə isə radikal düşərgə liderlərini acınacaqlı vəziyyətə saldı

Dəyişməyən digər bir şey yen mitinqdə çıxış edənlərin ənənəvi vədləri və mənasız fikirləri idi. Çıxış edən təxminən 10 nəfər yenə əsassız ittihamlar irəli sürüb, heçbir real təklif səsləndirmədi.

Əli Kərimli isə hər zamankı kimi, əlinə düşən bu xırda imkandan maksimum faydalanamq istəyərək özünü radikal düşərgəninvahid lideri kimi apardı. Digər partiayların rəhbərlərinin aksiyaya qatılmamasından istifadə edərək özünü müxalifətin lideri kimi qələmə verən partiya sədri mitinqi təkbaşına təşkil etdiyini deməsi ilə elə isl məqsədini də ortaya qoydu. meydana yığışan az sayda adam da bu mənasız tapdalogiyadan bezərək oranı tərk etdi.

Nəticə isə dəyişmədi. Uzun müddətdir ciddi hazırlıqların getdiyi 10 dan artıq siyasi qurumuniştirakı ilə keçirilən aksiya yenə uğursuz oldu. Uzunmüddətli çağırışlar və təbliğatın müqabilində məhsul stadionunu belə doldura bilməyən radikal düşərgə artıq alışdığınövbəti fiyaskonu yaşadı. Heç bir sosial bazası olmayan radikal müxalifət bezdirici boş vədələri ilətək tük tərəfdarlarını da itirir.

 

Xəbər lenti