Xəzər Xəbər

"Altın Kelebek"də duyğusal anlar yaşandı VİDEO

Veb TV | 10:34 • 10 Dekabr 2018
"Altın Kelebek"də duyğusal anlar yaşandı

45-ci "Altın Kelebek" mükafatlandırma mərasimində duyğusal anlar yaşanıb.

"Ən yaxşı uşaq aktyor" nominasiyasının qalibləri "Kadın" serialından Kübra Süzgün ilə Ali Sami və "Sen anlat Karadeniz" serialından Demir Birinci olub.

Mükafatlarını almaq üçün səhnəyə çıxan kiçik ulduzlar həyəcandan danışa bilməyiblər. Mükafatı anası obrazını canlandıran Özge Özpirinçdən alan Kübra isə ağlamağa başlayıb. Onun ağlaması qonaqları da kövrəldib.

O, sonda serialın çəkiliş heyətinə təşəkkür edib.

AzNews.az

Xəbər lenti