Xəzər Xəbər

İlham Əliyev yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib VİDEO

Veb TV | 20:27 • 5 Dekabr 2018
İlham Əliyev yeni təyin olunmuş səfirlərin etimadnaməsini qəbul edib

Prezident İlham Əliyev bu gün həmçinin Avstriya, Koreya Və Əfqanıstanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirlərinin etimadnamələrini də qəbul edib.

Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfiri Bernd Aleksandr Bayerl etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycanla Avstriya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyini vurğulayıb, əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyini bildirib. Avstriya ilə siyasi əlaqələrin çox yaxşı səviyyədə olduğunu qeyd edən dövlətbaşçısı iqtisadi,ticarət, investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.

Bernd Aleksandr Bayerl səfir fəaliyyəti dövründə əlaqələrimizin daha da möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini deyib.

Dövlət başçısı sonra Koreyanın ölkəmizə yeni təyin olunmuş səfiriKim Tonq Opunetimadnaməsini qəbul edib .

Prezident İlham Əliyev ölkələrimiz arasında çox yaxşı əlaqələrin mövcud olduğunu və birgə səylərlə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsinin və ticarət dövriyyəsinin artırılmasının zəruriliyini qeyd edib. dövlət başçısıAzərbaycanda bir sıra Koreya şirkətlərinin sənaye, nəqliyyatın idarəedilməsi, şəhərsalma, arxitektura və digər sahələrdə uğurlu fəaliyyət göstərdiklərini bildirib. Prezident İlham Əliyev Şərq-Qərb marşrutu üzrə yükdaşımalar istiqamətində Azərbaycanın müasir nəqliyyat infrastrukturu və tranzit potensialını nəzərə alaraq, Koreya tərəfinin də bu imkanlardan istifadə edə biləcəyini qeyd edib.

Səfir Kim Tonq Op ölkələrimiz arasında dostluq əlaqələrinin və iqtisadi-ticarət sahəsində əməkdaşlığın daha da artırılması üçün çalışacağını bildirib.

Prezident həmçininƏfqanıstanın yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xeyrullah Spelenayın etimadnaməsini qəbul edib. Səfirlə söhbətzamanı Prezident İlham Əliyev iki ölkənin beynəlxalq təşkilatlarda bir-birini dəstəklədiyini bildirib. Əfqanıstanda sülhün və təhlükəsizliyin bütün region üçün vacib olduğunu deyən dövlət başçısı Azərbaycanın "ASAN xidmət" təcrübəsinin bu ölkədə uğurla tətbiq olunmasının önəmini qeyd edib. Prezident İlham Əliyev Əfqanıstanın da Şərq-Qərb marşrutu üzrə Azərbaycanı Mərkəzi Asiya ölkələri ilə birləşdirən dəmir yolu layihələrindən faydalana biləcəyini bildirib.

Səfir Xeyrullah Spelenay Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu olduğunu qeyd edib. Səfir Azərbaycanla Əfqanıstan arasında ənənəvi dostluğun daha da inkişaf etdirilməsi üçün səylə çalışacağını diqqətə çatdırıb.

Xəbər lenti