Xəzər Xəbər

Abşeronda 20-dən çox mənzili qarət edən şəxs tutuldu VİDEO

Veb TV | 20:23 • 5 Dekabr 2018
Abşeronda 20-dən çox mənzili qarət edən şəxs tutuldu

20-dən çox mənzili və bir neçə avtomobili qarət edən şəxs tutulub.

Bir neçə vətəndaşın şikayəti ilə Abşeron rayon polis idarəsinin əməkdaşları əməliyyata başlayıb. Çox çəkməyib ki, Bakı şəhər sakini 32 yaşlı Səbuhi Mirzəyev saxlanılıb. Məlum olub ki, adıçəkilən şəxs Xırdalan şəhəri olmaqla, bir çox kənd və qəsəbələrdə mənzillərdən , eləcə də vətəndaşlara məxsus şəxsi avtomobillərdən oğurluq edib. Səbuhi Mirzəyev mənzillərə daxil olarkən əsasən oradan qızıl və pul götürdüyünüetiraf edib.

Aparılan istintaq tədbirləri ilə saxlanılan şəxsin Bakı şəhərində də evlərdən oğurluq etdiyi üzə çıxıb. Səbuhi Mirzəyev oğurluq üçün daxil olduğu evlərin sayının çox olduğunu deyir.

Səbuhi Mirzəyev əvvəllərdə bir neçə dəfə məhkumluq həyatı yaşayıb. Faktla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb.

Xəbər lenti