Xəzər Xəbər

Zavoddan yüksələn qatı tüstü səmanı bürüyüb - Üstəlik ərazidə yaşayış məntəqəsi və məktəb var - VİDEO

Veb TV | 20:01 • 19 Noyabr 2018
Zavoddan yüksələn qatı tüstü səmanı bürüyüb -

Paytaxtın Sabunçu rayonunda zavodların birindən atmosferə qara tüstü atılır. Qəsəbə sakinləri deyirlər ki, bu mənzərə hər gün müşahidə edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən isə bildirilib ki, nazirliyin əməkdaşları həmin zavoda ən qısa zamanda baxış keçirəcəklər.

Zavoddan yüksələn qatı tüstü səmanı bürüyüb.

Üstəlik ərazidə yaşayış məntəqəsi və məktəb var.

Bu kadrlar tərəfindən çəkilərək ''Xəzər Xəbər''in vatsap nömrəsinə göndərilib

Araşdırma zamanı məlum oldu ki, həmin qatı tüstü Sabunçu rayonu, Balaxanı qəsəbəsində Kənd Təsərrüfatı Nazirliyinə məxsus olan Təcrübə-Sınaq və Təmir Zavodundan yüksəlib. Qəsəbə sakini Sərkar Əsədov deyir ki, bu mənzərə hər gün səhər saatlarında yaşanır.

Problemin səbəbini araşdırmaq üçün əvvəlcə sakinlərin narahatlığına səbəb olan zavoda getdik. Məlum oldu ki, zavodun ərazisində müəyyən bir hissə tol və dəmir istehsalı ilə məşğul olan şirkətlərə icarəyə verilib. Qara tüstü də elə bu müəssisələrdən çıxır.

Həmin müəssisələrdə çəkiliş apardığımız zaman qarşılaşdığımız mənzərə bizi daha da təəccübləndirdi. Havaya buraxılan qatı tüstü müəssisələrin işçilərini də tanınmaz etmişdi.

İşçilərin xüsusi geyimi olmamaqla yanaşıtəhlükəsizlik tədbirlərinə dəəməledilmirdi...

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin sözçüsü İradə İbrahimova ''Xəzər Xəbər''ə bildirdi ki, nazirliyin əməkdaşları həmin zavoda ən qısa zamanda baxış keçirəcək. Ərazinin atmosfer havasından nümunələr götürüləcək. Əgər atmosferə normadan artıq tullantının atılması müəyyən edilərsə,zavod barəsində qanuna müvafiq tədbirlər görüləcək.

Kənd Təsərrüfatı Nazirliyindən isə bildirildi ki, nazirlikdə artıq aidiyyatı üzrə məsələ araşdırılır.Yalnız tam şəkildə araşdırma aparıldıqdan sonra tədbirlər görüləcək.

Xəbər lenti