Xəzər Xəbər

Bakıda ağaclara ziyan vuran şəxs cəzalandırıldı - Nazirlik xəbərdarlıq edir - VİDEO

Veb TV | 20:20 • 2 Avqust 2018
Bakıda ağaclara ziyan vuran şəxs cəzalandırıldı -

Ötən gün sosial şəbəkələrdə yayılan görüntülərdə paytaxtın Nərimanov rayonu, Ağa Neymətulla küçəsi 1987 ünvanında ağacların qabığının soyularaq dibinə kislota töküldüyü iddia edilirdi. Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları əraziyə baxış keçirib və bunu edən şəxs cərimələnib.

Xezerxeber.az-ın məlumatına görə, həmin görüntüdən sonra bu gün səhər saatlarında həm Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həm də hüquq-mühafizə orqanlarının əməkdaşları, o cümlədən əraziyə cavabdeh olan qurumlar əraziyə baxış keçiriblər. Nərimanov rayonu, 20 saylı Mənzil Kommunal İstismar Sahəsinin rəisi Əflatun Hüseynov deyib ki, həmin ərazidə ağacların qabığının hansı məqsədlə soyulduğu bilinmir. Ağacların dibindəki nəmlik isə görüntülərdə vurğulandığı kimi kislotanın tökülməsi səbəbi ilə olmayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekologi marifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyevanın ''Xəzər Xəbər''ə veridiyi açıqlamaya görə isə, əraziyə baxış zamanı buranın hasarlandığı, ağaclara ziyan vurulduğu müəyyən edilib və bunu edən şəxs cərimələnib.

Əraziyə tökülən maddənin tərkibini öyrənmək üçün torpaq nümunələri götürülərək laboratoriyaya təqdim edilib və növbəti iki gün ərzində cavabın açıqlanacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha vətəndaşalara xəbərdarlıq edir ki, ağacların kəsilməsi və ya onlara ziyan vurulması faktı ilə qarşılaşanlar nazirliyin 168 qaynar xəttinə məlumat versinlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti

Çox oxunanlar