Xəzər Xəbər

Xorvatiya Rusiyanı mundialdan kənarlaşdırdı VİDEO

Veb TV | 11:33 • 8 İyul 2018
Xorvatiya Rusiyanı mundialdan kənarlaşdırdı

DÇ-2018-də 1/4 final mərhələsi başa çatıb.

Turnirə ev sahibliyi edən Rusiya Xorvatiya ilə görüşüb. Oyunun əsas vaxtı 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Oyuna əlavə edilmiş 30 dəqiqədə tərəflər hərəyə 1 dəfə fərqlənib və görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. Penalti zərbələrində dəqiq olan xorvatlar yarımfinala adlayıb.

Xorvatiya yarımfinalda İngiltərə ilə üzləşəcək.

Rusiya – Xorvatiya - 2:2

Qollar: Denis Çerışev, 31,Mario Fernandes, 115 - Andrey Kramariç, 39,Domaqoy Vida, 101

Penaltilər seriyası - 3:4

Xəbər lenti

Çox oxunanlar