Xəzər Xəbər

“Yeyib-içib, “dərman” atmışam” – 3 mağaza, 6 ev soyan oğru – VİDEO

Veb TV | 20:53 • 20 Aprel 2018
“Yeyib-içib, “dərman” atmışam”

Bakıda Qaradağ polisi bir neçə ev və mağazanı qarət edən şəxsi tutub. Saxlanılan şəxs Lökbatan qəsəbəsində 3 mağaza və 6 evdən oğurluq etdiyini deyib. Sözügedən qəsəbədə böyük ticarət mərkəzində isə bir gənc qarşısında gedən şəxsin yerə düşən portmanatını götürüb. Həmin anlar təhlükəsizlik kamerasına da düşüb.

Bir neçə mənzil və mağaza qarət edən şəxs tutulub.

Hadisə paytaxtın Qaradağ rayonunda baş verib. Lökbatan qəsəbə sakini Həbib Həsənov 10-cu Polis Bölməsinə məlumat verib ki, evdə olmadıqları vaxt mənzilindən pul və qızıl-zinət əşyalarının oğurlanıb.

Polis əməliyyat-axtarış tədbiri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş, Masallı rayon sakini Rafiq Mirağayev saxlanılıb. Aparılan istintaq hərəkətləri nəticəsində onun digər oğurluq cinayətlərinin də üstü açılıb.

Qeyd edəki, o mağazalardan əsəsən bahalı spirtli içkilər, siqaret və danışıq kartlarını oğurlayıb.

10-cu polis bölməsinə müraciət edən daha bir nəfər isə Lökbatan qəsəbəsindəki ticarət mərkəzində içində 400 avro olan portmanatını itirdiyini deyib. Bölmə əməkdaşları ticarət mərkəzinin təhlükəsizlik kameralarına baxış keçirərkən müəyyən ediblər ki, həmin şəxs portmanatı cibinə qoyarkən yerə düşür. Onun arxasınca gələn bu naməlum şəxs isə götürür.

Ərazidə kameraların olduğunu görən həmin şəxs dərhal portmanatı cibinə qoyaraq aradan çıxır.İndi polis görüntülər əsasında həmin şəxsi axtarır.


Xəbər lenti